Tanınmış estrada müğənnisi Nuri Sərinləndirici yaxın günlərdə pərəstişkarlarını yeni mahnısı və klipi ilə sevindirəcək. Sevilən ulduz rus dilində yazılan "Ya, ya, ya" (Mən, mən, mən) adlanan mahnısını bu dəfə də dəyişilməz duet ortağı Jane Şirokihlə birgə ifa edib.

Real hitə namizəd olacaq mahnının klip çəkilişləri haqqında daha ətraflı məlumatı ANS PRESS-ə Nurinin yaradıcı layihələrinə rəhbərlik edən tanınmış teleparıcı Lamiyyə Ələkbərqızı verdi:

"Əminliklə deyə bilərəm ki, sözləri İkram Əliyev, musiqisi Rəşad Bağırova məxsus olan mahnı bu yayın ən qaynar hitləri sırasında öz yerini tutacaq. Ritmik duet görüntü baxımından yay ab-havasını tələb etdiyi üçün komanda olaraq qərar verdik ki, çəkilişlər Birləşmiş Ərəb Əmirliklərindən aparılsın. Yaradıcı heyət Rusiyadan birbaşa Dubaya səfər etdi. Mən və klipdə Nurini, Jane və balaca müğənnimiz Aylanı qrim etmiş stilist dostumuz Nura Babayeva, Bakıdan sözügedən şəhərə uçduq.

Ekran işinin süjet xətti var. Mən boşuna istedadlı Aylanın adını vurğulamadım. Ailəvi dostumuzun övladı olan bu qız həm mahnıda üçüncü ifaçı kimi öz səs imkanlarını üzə çıxardı, həm də Nurinin bacısı rolunda kameralar qarşısına keçdi. Süjet xəttinə görə Nuri və Jane bir məhəllədə yaşayan iki qonşu obrazını canlandırırlar. Ayla da israrla istəyir ki, qardaşı qonşu qızına aşiq olsun və istəyinə çatmaq üçün ötrü bütün imkanlarını səfərbər edir. Hətta klipdə elə kadrlar var ki, o, Nurini geyimdə olmasına baxmayaraq hovuza belə itələyir.
Tam detalları açıqlamaq istəmirəm, onu bilin ki, klipin sonunda o, bacı qardaşını fikrini müsbətə doğru dəyişməyə müvəffəq olur".

Lamiyyə xanım onu da əlavə etdi ki, Nurinin iyun ayının ortalarında üzə çıxaracağı ekran işi Rusiyanın bir neçə musiqi telekanallarında nümayiş olunacaq. Məhz buna görə yaradıcı heyət rus dilində oxunan mahnıya klip çəkməyə üstünlük veriblər.

Bacısı Nuri Sərinləndirici üçün qız tapdı və... (FOTO)