Azərbaycanda palçıq vulkanlarından turizm məqsədilə istifadə ediləcək

Azərbaycanda 14 palçıq vulkanından turizm məqsədilə istifadəni nəzərdə tutan layihə hazırlanıb.

Metbuat.az-ın məlumatına görə, bu, Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Azərbaycanda müalicə-sağlamlıq məqsədilə aparılan araşdırma nəticəsində məlum olub.

Qeyd edilib ki, ölkədə 350-dən çox palçıq vulkanı və palçıq təzahürlərinin geniş yayılması, müalicəvi xüsusiyyətlərinin beynəlxalq səviyyədə təsdiq olunmasına baxmayaraq bu sahə üzrə ixtisaslaşdırılmış müalicə-sağlamlıq mərkəzləri fəaliyyət göstərmir. Palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturunun yaradılması layihəsi “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq DTA tərəfindən hazırlanıb.

Bu layihə Abşeronun cənubu və Qobustan ərazisində olan bir çox palçıq vulkanlarını əhatə edir. Layihə 12 min m2 ərazidə olan 14 palçıq vulkanlarından turizm məqsədilə istifadəyə əsaslanır. Layihə çərçivəsində infrastrukturun yaradılması, palçıq vannaları və təcrübə mərkəzinin təşkili, turizm fəaliyyətləri üçün müvafiq yerlərin ayrılması planlaşdırılır. Burada turizm məqsədli istirahət yerləri, turizm mərkəzi, baxış nöqtəsi, turist cığırları, zıplayn, kvadrosıkl yolları və s. təşkili nəzərdə tutulur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı