Məmmədyarov Aronyana qalib gəldi,

Martın 13-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsi - “Meltvater” turniri start götürüb.

Metbuat.az xəbər verir ki, birinci turda qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyanı məğlub edib. Ş.Məmmədyarovun növbəti turda rəqibi Rusiya təmsilçisi Daniil Dubov olacaq.

Teymur Rəcəbov isə birinci turda niderlandlı Aniş Giri ilə heç-heçə edib. Növbəti qarşılaşmada təmsilçimiz argentinalı Alan Piçot ilə qarşılaşacaq.

Martın 21-dək davam edəcək yarışda 16 şahmatçı mübarizə aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR