Hərbi hissədə Novruz bayramı qeyd olundu -

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin iştirakı ilə “N” hərbi hissəsində Novruz bayramı qeyd olunub.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər tədbirə dəvət olunmuş şəhid ailələrini Novruz bayramı münasibəti ilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.



Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlar səsləndirilib.



Tədbirin sonunda şəhid ailələrinə bayram hədiyyələri və sovqatı təqdim edilib.















Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR