Bakıda məktəbin qarşısından büst oğurlanıb

Bakıda büst oğurlayan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılan 7000 manat dəyərində latun və bürüncdən olan büstü oğurlanmaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR