SON DƏQİQƏ: İŞİD məşhur şəhəri ələ keçirdi -

İŞİD terror təşkilatı Mozambikin Palma şəhərini ələ keçirib.

Metbuat.az xəbər verir ki, yerli dairələr küçələrin cəsədlərlə dolu olduğunu açıqlayıb. Məlumata görə, yeraltı sərvətləri ilə zəngin strateji önəmə malik Palma şəhəri uğrunda bir neçə gün mübarizə gedib. Küçə döyüşlərindən sonra terrorçular şəhəri ələ keçirib. Yerli mənbələr şəhərdə minlərlə silahlının olduğunu bildirir. 100-dən çox sakin helikopterlərlə təxliyə edilib. Çox sayda insan isə Tanzaniyaya keçib.

Rəsmi dairələr kütləvi təxliyə üçün əlavə nəqliyyat vasitələri tələb edir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, terrorçular yaxşı silahlanmış və planlı şəkildə hərəkət edir.

Anar Türkeş



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR