Rusiyanın Vladiqafqaz şəhərində Azərbaycan futbol tarixinin ən istedadlı futbolçularından biri, hazırda 19 yaşadək futbolçulardan ibarət milliin baş məşqçisi Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunub.
ANS PRESS-in məlumatına görə, sözügedən məkanda yubilyarın şərəfinə yoldaşlıq oyunu keçirilib.
Vladiqafqaz "Alaniya"sı ilə “Neftçi” veteranlardan ibarət komanda arasında baş tutan görüş 7:7 hesabı ilə başa çatıb. Nazim Süleymanov bu görüşdə 4 qol vurub. “Neftçi”nin heyətində "Alaniya"ya üç qol vuran yubilyar bir dəfə də sabiq komandasının qapısına yol tapıb. “Neftçi”nin digər qollarına gəlincə, Musa Qurbanov het-trik edib, Oqtay Abdullayev isə bir dəfə fərqlənib.
