Bakıda güclü yanğın söndürüldü -

Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb.

Metbuat.az xəbər verir ki, əraziyə dörd yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

23:23

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İbrahim Əbilov küçəsində sökülməkdə olan fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR