"Bravo"dan Ramazan endirimi qalmaqalı ilə bağlı

Spiritli içkilərə Ramazan endiriminin edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə görə sərt tənqid olunan "Bravo" supermarketlər şəbəkəsi üzr istəyib.

Metbuat.az xəbər verir ki, şirkət bununla bağlı açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik:

Bir bunu deyən yazı "Bravo Hörmatli hamvatanlarimiz! Marketlarimizdan birinda buraxılmış texniki sahvin naticasi olaraq hislarina toxunduğumuz har bir kasdan samimi qalbdan üzr istayirik. Qeyd etmak istardik ki, diqqatsizlik üzündan baş veran xata darhal aradan qaldırılmışdır. Biz Bravo camiyyatimizin bir hissasi olaraq, har kasin dini อทอทa ขอ dayarlarina hörmatla yanaşırıq. Har biriniza Ramazan ayının XOş keçmasini ขอ imanınızın güclü olmasını arzulayırıq! Allah orucunuzu qabul etsin!" şəkili ola bilər

''Hörmətli həmvətənlərimiz!

Marketlərimizdən birində buraxılmış texniki səhvin nəticəsi olaraq hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik.

Qeyd etmək istərdik ki, diqqətsizlik üzündən baş verən xəta dərhal aradan qaldırılmışdır. Biz Bravo - cəmiyyətimizin bir hissəsi olaraq, hər kəsin dini ənənə və dəyərlərinə hörmətlə yanaşırıq. Hər birinizə Ramazan ayının xoş keçməsini və imanınızın güclü olmasını arzulayırıq! Allah orucunuzu qəbul etsin''!

Qeyd edək ki, aprelin 22-də "Bravo" supermarketlər şəbəkəsininin Koroğlu filialında, spiritli içkilərə Ramazan endiriminin edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər insanlar tərəfindən sərt tənqid olunmuşdu. İstifadəçilər hətta #BravoÜzrİstə həştəqi də açıb, məsələni geniş müzakirə etmişdilər. Sözügedən içki stendi yığışdırılsa da üzrxahlıq açıqlaması bu gün ictimaiyyətin diqqətinə çatdırıldı.

Bir içəridə şəkili ola bilər



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR