Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOSU

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev doğulduğu Gəncə şəhərində dəfn ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azpolitika.info məlumat yayıb. Qeyd edilib ki, M.Abdullayev daha əvvəl Nəsimi Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifələrində də çalışıb.

Məlumat üçün bildirək ki, M.Abdullayev Ağstafanın sabiq polis rəisi Elsevər Aslanovun və kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun bacısı oğludur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Fotoda Aslan Aslanov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı