Gürcüstanda son üç gündə 785 nəfər spirtli içkidən

Mayın 2-dən 4-dək Gürcüstanda 785 nəfər spirtli içkidən zəhərlənərək təcili tibbi yardıma müraciət edib.

Metuat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İctimai kanalına ölkənin Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, spirtli içkilərdən zəhərlənən şəxslərdən 658 nəfəri xəstəxanaya yerləşdirilib. Eyni müddətdə 411 nəfər qida zəhərlənməsi ilə təcili tibbi yardım çağırışı edib. Onlardan 194 nəfəri xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, sözügedən dövrdə Gürcüstanda Pasxa bayramı qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR