Rusiya yalan danışır: Hərbi qüvvələr sərhəd bölgədədir -

“Rusiya bütün qüvvələrini geri çəkməyib. Onminlərlə rusiyalı hərbçi hələ də Ukrayna ətrafındadır”.

Metbuat.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Rusiyanın çox sayda hərbi texnikanı Ukrayna sərhədində saxladığı müşahidə edilir.

“Rusiya Qara dənizdə məhdudiyyətlər tətbiq edib. Kerç boğazından Azov dənizinə girişi bağlayıb. Yaxından izləyirik”- deyə Stoltenberq bildirib.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR