Qorxunc iddia: Rus muzdlular dinc insanları qətlə yetirib

Rusiya ordusunun nəzarətində olan muzdlu “Wagner” qrupu Mərkəzi Afrika Respublikasının Bambari şəhərindəki məscidə basqın zamanı güc tətbiq edib.

Metbuat.az xəbər verir ki, BMT-nin insan hüquqları mütəxəssislərinin yayımladığı hesabatda belə yazılıb. Bildirilib ki, muzdlular qadınlara və uşaqlara təcavüz ediblər, 15 dinc insanı məsciddə qətlə yetiriblər. İddialara görə, 2020-ci ildə prezident seçkilərindən sonra ölkədə baş verən şiddət hadisələrinin arxasında hökumətin də dəstək verdiyi “Wagner” qrupu dayanır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR