Prezident Hadrut planını RƏDD ETDİ -

"Dövlət başçısı İlham Əliyev Naxçıvan MR səfəri çərçivəsində Ordubad rayonunda Zəngzur Dəhliznin yaxınlığında Ermənistana, Fransaya ciddi mesajlar verdi. Həmçinin Qarabağla bağlı son proseslərə nöqtə qoydu. Qeyd edim ki, prezidentin açıqlamaları mühüm siyasi əmiyyət kəsb edir və demək olar ki, bundan sonrakı Qarabağla bağlı Minsk qrupunun cəhdlərinə son verəcək mesajıdır".

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edərək vurğuladı ki, əsas mühüm açıqlama Zəngəzur dəhlizi ilə bağlı idi.

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

"Prezidentin çıxışında əsas tezislər və mesajları belə təsnif etmək olar. Birinci, Ermənistana mesaj verərək bildirdi ki, Zəngəzur dəhlizi açılacaq və ona görə Ordubad dəmiryolu stansiyasına gəlmişəm. Demək, prezident bununla Zəngəzur dəhlizi ilə bağlı məsələ həll edilib mesajını verdi.

İkinci, prezident çıxışında münaqişənin bitməsi ilə bağlı 10 noyabr Birgə Bəyannaməsi ətrafında spekulisiyalara son verdi. Dövlət başçısı qeyd etdi ki, bəzi siyasilərin dediyi kimi, bu bəyannamə təkcə, atəşkəs sənədi deyil, münaqişənin başa çatması və əməkdaşlıq sənədidir, atəşkəs razılaşması bir bəndən ibarət olur. Bununlada Minsk qrupuna mesaj verdi ki, bu məsələ bitib və əməkdaşlıq formatı var.

Həqiqətəndə Bəyannamənin bəndlərinə fikir versək, 10 noyabr Birgə Bəyannaməsi əməkdaşlıq və sülh sazişinin ilkin variantı kimi qeyd edə bilərik. Bu, Azərbaycanın hərbi və siyasi qələbəsidir ki, təkcə atəşkəs müqaviləsi ilə razılaşmadı, digər şərtləri də Bəyannaməyə salaraq bir neçə saat ərzində regionla bağlı ciddi dəyişikliklərə gətirən bir sənədi imzalatdırdı. Həmçinin bu Ermənistanın kapitulyasiyasıdır. Bununla da Ermənistanla Qarabağ münaqişəsinə son verildiyini qeyd etdi".

Bir 1 nəfər, standing və road şəkili ola bilər

Politoloq bildirdi ki, prezident İlham Əliyevin üçüncü tezis odur ki, Ali Baş komandan, Ermənistanda bəzi siyasilərin Şuşa və Hadrutla bağlı revanşist açıqlamalarına toxunaraq bunu Ermənistan üçün suiqəsd adlandırdı. Bununla da mesaj verdi ki, Ermənistan heç kimə arxayın olmasın, onları heç kim müdafiə edə bilməz və yerində məhv ediləcəklər.

"Prezidentin bu açılmasından aydın olur ki, Azərbaycan güclü siyasi-hərbi dəstəyə malik ölkədir və üçünücü ölkələr Ermənistan vasitəsilə Azərbaycana qarşı heçnəyə nail ola bilməzlər. Bununlada Rusiyanın Hadrut planına cavab verdi. Dördüncü, Fransaya və Rusiyaya mesaj verərək, artıq "status" məsələsinin müzakirə olunmayacağını elan etdi. Göründüyü kimi prezident "status" məsələsinin üstündə dayanmaqla, kəskin etirazını bildirdi. Demək, bundan sonra Azərbaycan bu kimi danışıqları rədd edir və Azərbaycan üçün Minsk qrupunun "status" məsələsi qəbul edilməyəcək.

Bununlada Minsk qrupunun faəliyyətinə son verilmiş oldu. Əgər, Minsk qrupu regiona səfər edəcəklərsə, onlar prezident tərəindən qəbul edilməyəcək".


Siyasi şərhçi qeyd etdi ki, ötən ay Fransa və Rusiya prezidentləri Qarabağala bağlı yeni plan və təşəbbüslərlə çıxış edəcəklərini elan etmişdilər. Azərbaycan tərəfi bununla bağlı açıqlama verməmişdi. Prezidentin bugünki, bu məsələ ilə bağlı onlara mesaj verdi ki, Azərbaycan Qarabağla bağlı danışıqlara xüsusilə "status"məsələsinə qayıtmaycaq. Bu, Azərbaycan üçün bitib. Məhəmməd Əsədullazadə bir daha vurğuladı ki, Azərbaycanın aydın mövqeyi prezident tərəfindən Ermənistana, Fransaya, ABŞ və Rusiyaya bildirildi. Amma, Fransa prezidenti məsələni gündəmdə saxlayacaq, Moskva cəhdlər edəcək. Azərbaycan və Türkiyənin birgə siyasi fəaliyyəti bu kimi siyasi təzyiqlərin qarşısnı alacaq. Ümumiyyətlə, Qarabağda Rusiyanın mövqeyi kəskin zəifləyəcək.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR