Şou-biznes əhli zaman-zaman bahalı maşınları ilə gündəmə gəlirlər. Lakin onlar arasında illərdir avtomobilsiz qalan məşhurlar da var.

Metbuat.az lent.az-a istinadən maşınsız qalan məşhurların siyahısını təqdim edir:

Əməkdar artist Kəmalə Rəhimli Azərbaycanda ilk dəfə "Mercedes" markalı avtomobil alan qadın olub. Lakin ifaçı illərdir maşınsızdır: "Almaniyadan gətirmişdik. Cavanşir Məmmədovun köməkliyi ilə gətirmişdim. İndi maşın sürmürəm".

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Əməkdar artist Mehriban Xanlarova uzun illərdir maşınsızdır. Hətta o, bu barədə “Maşın şou”da özü etiraf etmişdi: "Mən "Maşın şou"ya maşın qazanmaq üçün gəlmişəm. Maşınım yoxdur".

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Meyxanaçı-müğənni Samirə Yusifqızı oğlunun əməliyyatı üçün maşınını satdığını deyib. İfaçı hazırda taksi şirkətinin avtomobilini kirayəlik idarə edir.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Xalq artisti Şamil Süleymanov isə maşını olmadığı üçün ictimai nəqliyyatdan istifadə edir.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Bu günə qədər xeyli sayda maşını olan prodüser Təranə Səmədova isə avtomobilinin kreditini ödəyə bilmədiyi üçün onu geri qaytarıb. Prodüser uzun zamandır maşınsızdır.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Prodüser Mədinə Məlik də küsülü olduğu həmkarı kimi hazırda maşınsızdır. O, pandemiya vaxtı gəlir əldə etmək üçün çörək bişirib satdığını demişdi.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Əməkdar artist Ruhəngiz Musəvi maşınsızdır.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -


İllərlə bahalı maşınlar idarə edən “Pişik” Günel Ələkbərova xeyli vaxtdır maşınsızdır. Müğənni hazırda maliyyə problemlərin olduğunu, hətta yaşadığı evin kreditini ödəyə bilmədiyini deyib.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Əməkdar artist Cavan Zeynallı da maşınsızlar sırasındadır. Müğənni hər yerə həyat yoldaşı Röyanın maşını ilə gedir.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Müğənni Aytac Vidadiqızı da maşınsızdır. O, avtomobilini satıb, Türkiyəyə köçmüşdü.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -


Əməkdar artist Mətanət İsgəndərli bu yaxınlarda maşınını satıb. Hazırda maşınsızdır.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Müğənni Sevinc Musayeva illərlə maşın idarə etsə də, bir neçə aydır avtomobilini satıb.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Müğənni Emma ( Elmira ) Ələkbərzadə avtomobilsizdir.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Əməkdar artist Ruhəngiz Allahverdiyeva maşını olmadığı üçün taksidən istifadə edir.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Reper Ramil Nabran da maşını olmayanlardandır.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Müğənni Mətanət Əsədova maşınsıdır.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Müğənni Mina Hüseynin maşını yoxdur. O, çox vaxt harasa getmək istəyəndə taksidən istifadə edir.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -

Bu günə qədər bir neçə maşını olan “Elit star” Cəmilə İsgəndərova maliyyə problemlərinə görə maşını satıb. Bir neçə aydır maşınsızdır.

Yerli şou-biznesdə olan bu məşhurların maşını yoxdur -