İnanılmaz TAKTİKA: İsrail raket hücumlarının qarşısını niyə ala bilmir?

Son günlər Həmas təşkilatının İsrailə atdığı raketlərdən bir neçəsinin hədəfə çatması “Dəmir Qübbə”nin effektivliyi barədə müzakirələrin yaranmasına səbəb olub.

Metbuat.az xəbər verir ki, İsrail ordusunun məlumatına görə, son 2 həftə ərzində Qəzza zolağından ölkəyə atılan 3100 raketdən 1000-ə qədəri havada zərərsizləşdirilib.

İddialara görə, Həmas təşkilatı “Dəmir Qübbə”ni taktika ilə “aldadaraq” bir çox raketi sistemin hədəfindən yayındıra bilir. İddia edilir ki, əvvəlcə yaxın mənzilli raketlər kütləvi şəkildə havaya buraxılır. “Dəmir Qübbə” bütün diqqəti yaxın mənzilli raketlərə yönəldərkən uzun mənzilli raketlər işə salınır. Nəticədə “Dəmir Qübbə” onları zərərsizləşdirə bilmir.

Qeyd edək ki, Həmas təşkilatının istifadə etdiyi uzun mənzilli raketlər İran mənşəlidir.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR