Türkiyənin 14 bölgəsində FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat başlayıb.
Metbuat.az xəbər verir ki, İstanbul, İzmir, Aydın, Bursa və digər şəhərlərdə aparılan axtarışlar zamanı 84 şübhəli saxlanılıb. Onlara məxsus çox sayda silah, təxribat törətmək üçün sənədlər və digər vasitələr ələ keçirilib.
Araşdırmalar zamanı məlum olub ki, koronavirusa yoluxan FETÖ terror təşkilatının üzvləri bilərəkdən insanların kütləvi toplaşdığı ərazilərdə müxtəlif üsullarda virusu yaymaqla məşğul olublar. Araşdırmalar davam edir.