Bakıda bir neçə gündür Z.Bünyadov prospektində "Çermet" körpüsünün başlanğıcında qayda pozan sürücüləri qeydə alan kamera quraşdırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Facebook" səhifəsində yazıb.
O qeyd edib ki, həmin yolda sağ zolaqlarla sürücülər gəlib, növbə gözləmədən sola keçənlər ciddi problem yaradırdılar: "Yəqin ki, hədəf bunun qarşısını almaqdır. Bu videoya baxın, görün necə kütləvi surətdə qayda pozulur.
Oradan keçəndə diqqətli olun ki, qaydanı pozub cərimələnməyəsiniz. Yəqin ki, ilk elektron qərarı almamış çoxları bu kameranı fərq etməyəcəklər".
baku.ws