“Türkiyə ABŞ üçün önəmli NATO müttəfiqidir. Ərdoğan və Baydenin NATO zirvəsindəki görüşündən pozitiv baxımdan gözləntilərimiz çoxdur”.
Metbuat.az-ın xəbərinə görə, bunu Türkiyədə səfərdə olan ABŞ dövlət katibinin müavini Vendi Şerman CNN Türk-ə müsahibəsində deyib.
“S-400 məsələsi və sanksiyaların aradan qaldırılması üçün Türkiyəyə alternativ variantlar təqdim etmişik. Ümid edirəm ki, müvafiq bir ortaq yol tapılacaq”, deyə V. Şerman vurğulayıb.
O, ABŞ-ın YPG terror təşkilatı ilə əməkdaşlığının səbəbini də izah edib: “Bu əməkdaşlıqda yeganə məqsədimiz İŞİD-ə qarşı mübarizə və Suriyada bu terror təşkilatının varlığına son qoymaqdır”.