İyun ayının ilk gününə olan hava proqnuzu açıqlandı

İyunun 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilənməlumata görə iyunun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-20 isti, gündüz 24-29 isti, Bakıda gecə 18-20 isti, gündüz 27-29 dərəcəisti olacaq. Atmosfer təzyiqinormadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava şəraiti yağmursuz keçəcək Qərb küləyi arabir güclənəcək, havanın temperaturu gecə 16-21° isti,gündüz32-37° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdəşimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti,gündüz20-25° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli, Cəbrayıl rayonlarında

Əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman.Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz30-35° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Gecə və səhərbəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Yağmursuz hava şəraiti hökm sürəcək, səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23°isti, gündüz 31-36° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astarara yonlarında hava şəraiti əsasən yağmursuz keçəcəsk, səhər bəzi yerlərdə duman. Şimal-şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti,gündüz 28-33° isti, dağlarda gecə 15-18° isti, gündüz 25-30° isti olacaq.

Tibbi-meteoroloji proqnoz gəldikdə isə, İyunun 1-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 01-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdəşimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz31-36 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR