Parisdə Paşinyanın kortejinə hücum edildi -

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Fransaya səfəri etirazla qarşılanıb.

Metbuat.az xəbər verir ki, Nikol Paşinyanın kortejinə hücum edən etirazçılar avtomobillərin hərəkətinə mane olmağa çalışıblar. Hücum zamanı Ermənistan rəhbərinin xidməti avtomobillərindən birinin güzgüsü sındırılıb.

Xatırladaq ki,Fransada yaşayan ermənilər ötən gün Parisdə Ermənistan səfirliyi qarşısında aksiya keçirərək Paşinyanın ünvanına ağır sözlər deyiblər. "Satqın", "Siyasi əxlaqsız” və bu tipli təhqiramiz ifadələr işlədən etirazçılara Fransa polisi müdaxilə etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR