Türkiyə və Rusiya Qarabağa görə güclərini birləşdirir -

“Azərbaycan Rusiyanın məsuliyyət zonasında erməni silahlı birləşmələrinin çıxarılmasını bir neçə aydan sonra konkret şəkildə tələb edə bilər. Çünki, onların Qarabağda varlığı üç tərəfli birgə Bəyannamənin bəndlərinin yerinə yetirilməsinə mane olur”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edib. Onun sözlərinə əsasən Türkiyə prezidentinin Azərbaycana səfərindən və həmçinin NATO zirvə görüşü və Co Bayden Vladimir Putin danışıqlarından sonra Rusiyaya qarşı Qərb növbəti hərəkətə keçəcək.

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

“Bundan sonra Rusiyanın Türkiyəyə daha da ehtiyacı olacaq. Azərbaycan bu əlverişli situasiyadan istifadə edərək, silahlı erməni birləşmələrin ləğvini tələb edəcək. Əgər, bununla razılaşılmasa, Azərbaycanın erməni silahlı birləşmələrinə qarşı əməliyyata başlaması mümkündür.

Düşünürəm ki, Qarabağda silahlı erməni birləşmələrinin varlığı buradakı separatçıların status məsələsini qabardır. Ona görə də Azərbaycan bu məsələyə son qoyacaq. Ağdərə, Xocavənd ərazilərdə üzbəüz silahlı erməni postları ləğv ediləcək”.

Siyasi şərhçi bildirdi ki, Arayik Arutunyanla Nikol Paşinyan düşmən mövqeyinə gəliblər. Nikol Paşinyan Qarabağdakı silahlıların Ermənistanda dövlət çevrilişinə cəhd etməsindən narahatdır. O da belə bir silahlı birləşmələrin ləğvində maraqlıdır.

“Ermənistanda bu hərbi birləşmələri Robert Koçaryanın silahlı dəstəsi kimi qəbul edirlər. Robert Koçaryan və Serj Sarkisyan məhz Qarabağdakı silahlı erməni birləşmələrinin əli ilə Ermənistanda çevrilişə cəhd edə bilər. Bildiyiniz kimi, Sarkisyanla eyni blokda olan və Nikol Paşinyanın əsas əleydarı Artur Vanatesyan Xankəndinə gəlib. Bu da onu göstərir ki, Robert Koçaryan və Serj Sarkisyan iz azdırmaq üçün A.Vanatesyanı Xankəndinə göndəriblər”.

M.Əsədullazadə qeyd etdi ki, Azərbaycan öz ərazisindən olan silahlı erməni birləşmələrinin ləğvinə nail olmalıdır ki, Ermənistanda Koçaryan və Sarkisyan kimi odiozlar yenidən siyasi hakimiyyətə gələ bilməsin.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR