Sabunçuda əl qumbarası aşkar edilib -

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Metbuat.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb edilib. Hadisə yerinə baxış keçirilərkən ərazidə döyüş tətbiqinə yararlı 1 ədəd "F-1" əl qumbarası aşkar edilib. Aşkar edilmiş sursat zərərsizləşdirilməsi üçün XRXX-nin pirotexnikləri tərəfindən ərazidən götürülüb.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR