Efiopiyada tikintisi davam edən Rönesans su anbarı ilə bağlı gərginlik davam edir.

Metbuat.az xəbər verir ki, Misir dövləti məsələ ilə bağlı xəbərdarlıq edib. “Bütün seçimlər masadadır” deyən prezident Əbdül Fəttah əs-Sisi müharibə təhdidi ilə çıxış edib. Sudan və Misir Efiopiyadan su anbarının yavaş şəkildə doldurulmasını tələb edib.

Qeyd edək ki, su anbarının doldurulmasının Misir və Sudanda su qıtlığına səbəb olacağı irəli sürülür. Su anbarının 2023-cü ilə qədər doldurulması nəzərdə tutulur.