Türkiyə-Uels matçında ilk hissə başa çatdı

Xəbər verdiyimiz kimi, Avropa çempionatında A qrupunun II turunun Bakıda keçirilən Türkiyə-Uelsl qarşılaşmasında birinci hissə bitib.

Metbuat.az xəbər verir ki, 43-cü dəqiqədə Uels millisi hesabı açıb. Matçda ilk qola Aaron Remsi imza atıb. Görüşün ilk hissəsi bu hesabla yekunlaşıb.

Qeyd edək ki, A qrupunun birinci oyununda Türkiyə millisi İtaliyaya 0:3 hesabı ilə uduzub. Uels isə İsveçrə ilə heç-heçə edib - 1:1.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR