QƏRAR AÇIQLANDI: ABŞ istəyinə nail ola bilmədi -

Xəbər verdiyimiz kimi, FED faizlərlə bağlı qərarını açıqlayaraq, sıfır həddində saxlayacağını bildirib.

Bəs, bu qərarın təsir dairəsi hansı sahələrə olacaq?

Bu barədə suallarımıza iqtisadçı-ekspert Elman Sadıqov açıqlama verdi. İqtisadçı Metbuat.az-a bildirdi ki, FED-in qərarı Amerikanın dövlət istiqrazlarının illik gəlirinə təsir etdi.

Bir Elman Sadigov, outerwear və kostyum şəkili ola bilər

“Bildiyiniz kimi, FED faizlərin artırılmasını 2023-cü ildə ola biləcəyini qeyd etdi. Bu müddətə qədər FED faizləri artırmayacaq. Amma, istiqrazların faiz dərəcələrinin artması və FED-in də dediyi kimi, Amerikada bütün göstəricilərin iqtisadiyyatın bərpa olmasına doğru istiqamətlənməsi, həm zəifləmiş iqtisadiyyatı bərpa etdi, həm də, dollara çox təsir etdi.

Amerika dolları zəiflətmək üçün nə qədər addımlar atsa da, buna nail ola bilmir. Çünki dollara olan inamın qaynağı, güclü Amerika iqtisadiyyatından irəli gəlir”.

Why the Fed Is Cutting Rates When the Economy Looks Good - WSJ

Elman Sadıqov şərh etdi ki, hazırki vəziyyət investorları da daha çox dollara doğru can atmağa sövq edir. Amerika xəzinə istiqrazlarının gəlirliliyinin də artması metallar bazarına təsir edir.

“İstiqrazların gəlirliliyi artanda investorlar, istiqrazlar əldə etməyə daha çox maraqlı olurlar. Dolların uçot dərəcəsinin sıfır ətrafında qalması investisiyaların istiqrazlara doğru axmasına səbəb oldu.

Why gold rallied after the Fed news - MarketWatch

Dövlət istiqrazlarına tələb artdıqca, istiqrazların faiz dərəcələri yüksəlir. Bu proses də qızıl bazarına təsir göstərir. Baş verənlər dolların güclənməsinə şərait yaradır. Yəni ABŞ dolların ucuzlaşmağını, ixracın artmasını arzu etsə də, güclü Amerika iqtisadiyyatı investorların dollara olan inamı onun bu istəyini gözündə qoydu”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR