Lalə Azərtaşdan tənqidlərlə bağlı YENİ AÇIQLAMA:

İki gündür adı “Azəriqaz”la hallanan məşhur xəbər spikeri, “Xəzər TV”nin aparıcısı Lalə Azərtaş sosial şəbəkədəki hesabından açıqlama verib.

Metbuat.az xəbər verir ki, Lalə Azərtaş bildirib ki, bu qara piardır.

"Bir xanımın çıxışının əvvəlini və sonunu kəsib yayımlayaraq, insanlara "yedizdirənlər", ağzınız şirin oldu? Həmin efiri izləyənlər, mənim fikirlərimdəki eyhamı anlaya bilməyiblər.Sağ olsun mənim qazi qardaşlarım, mənə fərqli formalarda dəstək oldular. Siz o efiri yenidən izləyin. Görəcəysiniz ki, mən nəyi, necə demişəm. Hamınızı "Birinci studiya"nı izləməyə dəvət edirəm. Sizi sevirəm".

Həmin açıqlamanı tam formada buradan izləyə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR