Xəzərdəki yanğın Bakı çimərliklərinə NECƏ

İyunun dördündə Xəzər dənizində, Salyan rayonu istiqamətində sahildən təqribən 30 kilometr məsafədə, Daşlı adasında, palçıq vulkanının püskürməsi nəticəsində baş verən yanğın səbəbindən çimərliklərdə ekoloji fəsadların yaranıb yaranmayacağı sualı ilə bağlı ETSN-nin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə açıqlama verib.

Metbuat.az xəbər verir ki, nazirliyin rəsmisi deyib ki, baş vermiş hadisəyə görə çimərliklərin insanlar üçün təhlükəli vəziyyətə səbəb olması fikirləri absurddur.

"Mən düşünürəm ki, vulkanın külü ona yaxın olan ərazilərə çökür. 30 kilometr sahildən uzaqda, bu kraterin də yayılması elmi cəhətdən də mümkün deyil. Odur ki, çimərliklərdə hər hansı bir problemin yaranması fikri düzgün sayılmazdı".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR