Erməni əsirlərə Bakıda “qara kürü” veriblər:

”Ermənistanda az-yalavac yaşamaqdansa, Bakıda əsirlikdə olmaq daha yaxşıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri rus hərbi eksperti İqor Korotçenko ötən gün Azərbaycandan Ermənistana yüksək təəssüratla qaytarılan 15 erməni diversantı barəsində yazıb.

Korotçenko deyib ki, Bakının Ermənistana qaytardığı erməni diversantlar, Azərbaycanın əleyhinə aylardır aparılan erməni təbliğatını alt-üst elədilər. Onlardan heç biri Azərbaycanda saxlanılarkən qəddar rəftarla üzləşdiklərini deməyib, üstəlik, erməni KİV-lərinin yazdığı kimi, onlar normal şəraitdə saxlanıldıqlarını, heç bir işgəncəyə məruz qalmadıqlarını etiraf ediblər. Əsirlər deyiblər ki, hətta oxumaq üçün onlara kitab verilib. Həmin ermənilər “əsirlikdə” necə incidilib ki, əməllicə ətə-qana gəlib, hətta kökəliblər, sifətlərində heç bir işgəncə izi yoxdur? Korotçenko, ironik şəkildə onu da yazıb ki, erməni diversantlara Bakıda işgəncə verildiyi sualına cavab olaraq onlar “Bizə qara kürü yeyək deyə “əziyyət” verdilər” deyiblər.

Qeyd edək ki, "3 iyul 2021-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradov vasitəçilik edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR