Ucarda yeni doğulmuş körpə tapılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin tərəfindən beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapılıb. Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.