Keniyanın cənub-qərbində avtosisternin partlaması nəticəsində azı 13 nəfər həyatını itirib, daha 11 nəfər yaralanıb.
Metbuat.az xəbər verir ki, bu barədə “The Standart” qəzeti yerli polisə istinadən məlumat yayıb.
Bildirilir ki, şənbə günü axşam Siayya dairəsində benzindaşıyan süd daşıyan yük maşını ilə toqquşub. Hadisə şahidləri nəqliyyat vasitəsinin yanacaq çənini boşaltmağa cəhd edən zaman partlayış baş verib. Alovu tez zamanda lokallaşdırmaq mümkün olub.
Xəsarət alanların vəziyyəti barədə məlumat verilmir.