Tünzalə Ağayevanın bu geyimi müzakirələrə səbəb oldu -

Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə yeni paylaşım edib.

Metbuat.az BAKU.WS-ə istinadən xəbər verir ki, şəxsi "Instagram" hesabında yeni fotolarını yayımlayan 45 yaşlı Xalq artisti hər zamankı kimi qüsursuz bədən qurluşu ilə göz oxşayıb.

Şəkillərini izləyiciləri ilə bölüşən Tünzalənin açıq göy rəngli, dərin yarıqlı libası daha çox diqqət çəkərək müzakirələr yaradıb.

Ağayeva bu geyimində lentə alınan fotosuna “Güclü ol, ulduz ol, xoşbəxt ol” sözlərini də əlavə edib.

Xalq artistinin geyimi və libası üzərində peşəkarlardan ibarət komanda çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR