DİN açıq havada fəaliyyət göstərən kafe, restoran ilə bağlı

Açıq havada yerləşən kafe, restoran, çay evləri və digər ictimai-iaşə obyektlərində vətəndaşlardan covid pasportu tələb olunmur.

Metbuat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

O, bildirib ki, tələblər ancaq qapalı məkanlara aiddir.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına görə, bu gündən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR