“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsi başa çatıb.
Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, müsabiqədə doqquz ölkənin təmsilçiləri ilə yarışan artilleriyaçılarımız yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüb.
Qazaxıstan və Rusiya komandaları isə müvafiq olaraq ilk iki yeri paylaşıblar.

