Əyani təhsil artıq SEÇİM yox, MƏCBURİYYƏT halına gəlib -

"Ölkədə 1.5 milyon şagird var və onlar gün ərzində heç bir yoxlamaya cəlb edilmədən küçədə gəzir, ictimai nəqliyyatdan istifadə edir, marketə gedir, restoran və əyləncə mərkəzlərində olurlar. Amma məktəb açılanda onların hər səhər temperaturu yoxlanılır, hansısa əlamət müşahidə olunan şagird təcrid olunur".

Bu açıqlamanı Metbuat.az-a təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert qeyd edib ki, orta məktəblərdə 150 min müəllim çalışır, onların da gün ərzində hər hansı bir yoxlanılması həyata keçirilmir.


"Əgər 2020-2021-ci tədris ilində dərslərin bərpa olunduğu 2 ay ərzində 219 nəfər şagird və 65 işçi COVİD-19-a yoluxmuşdusa, 2021-ci ilin tədris ili başa çatandan, 14 iyundan 1 sentyabra kimi 300 dən çox şagirdlər arasında yoluxma halları olub. 2020-ci ilin sentyabrından 2021-ci ilin sentyabrına qədər 25370 şagird və 15128 nəfər işçi heyət koronavirusa yoluxub. Amma bu halların 70 faizi tədrisin onlayn-distant qaydada həyata keçirilməsi vaxtı baş verib. Tədrisin ənənəvi qaydada təşkili zamanı koronavirusdan vəfat edən əziz və dəyərli müəllim həmkarlarımızın sayı tədrisin onlayn-distant qaydada həyata keçirildiyi və ya ümumiyyətlə tədrisin tətil elan olunduğu vaxtdan daha azdır. Tətil və ya onlayn-distant tədris zamanı daha çox həmkarımız virusun qurbanı olub. 1.5 milyon şagird, 182 min tələbə, 200 min müəllim gün ərzində heç bir yerdə yoxlamalara cəlb edilmir. Amma tədris prosesi ənənəvi qaydada təşkil edilsə, onlar hər gün yoxlanılacaq. Əlaməti müşahidə olunan şəxslər təcrid olunacaq".

Kamran Əsədov onu da qeyd edib ki, tədris ənənəvi qaydada bərpa olunanda mütləq şəkildə günün müəyyən saatlarında avtobus və metroda müəyyən vaqonlar şagird və tələbələr üçün ayrılmalıdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR