Azərbaycan paralimpiyaçıları Tokio-2020 Yay Paralimpiya Oyunlarını ümumilikdə 14 qızıl, 1 gümüş, 4 bürünc medalla başa vurub.
Metbuat.az xəbər verir ki, ölkənin 34 paralimpiyaçısı ilə mübarizə aparan Azərbaycan komandası medal sıralamasında hazırda 9-cu pillədə qərarlaşıb.
Qızıl medal alanlar:
Şəhanə Hacıyeva - Qadınlar arasında -48 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçu
Saleh Raman 3 qızıl medal - üzgüçülük idman növü üzrə
Vüqar Şirinli - Kişilər arasında -60 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçu
Sevda Vəliyeva - Qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçu
Xanım Hüseynova - Qadınlar arasında -63 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçu
Hüseyn Rəhimli - 81 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçu
Həmid Heydəri - Nizə atma növü üzrə
Elvin Astanov - Atletika idman növü üzrə
Dürsədəf Kərimova- Qadınlar arasında 70 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçu
Vəli Israfilov - Üzgüçülük idman növü üzrə təmsilçisi
Lamiyə Vəliyeva - Atletika idman növü üzrə idmançısı
Orxan Aslanov - Atletika idman növü üzrə idmançısı
Bürünc medal:
Pərvin Məmmədov - Pauerliftiq idman növü
Namiq Abbaslı - 66 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçu
İlham Zəkiyev - Kişilər arasında +100 kq çəki dərəcəsində para-cüdoçumuz
Səid Nəcəfzadə - Atletika idman növü üzrə idmançımız
Gümüş medal:
Lamiyə Vəliyeva - Atletika idman növü üzrə təmsilçisi
Xatırladaq ki, yarışa sentyabrın 5 də yekun vurulacaq.