Müğənni Aynur Dadaşova xarici görünüşündə dəyişiklik edib.
Metbuat.az xəbər verir ki, sənətçi uzun və tünd saçlarını açıq sarı rəngə boyatdıraraq qısa kəsdirib. Onun imici üzərində stilist Pərviz Mirzəyev çalışıb.
Müğənninin xarici görünüşündə etdiyi dəyişiklik istifadəçilərin xoşuna gəlməyib. Onların bəziləri onun yeni saç düzümünü bəyənsə də, böyük əksəriyyəti Dadaşovaya yaraşmadığını bildirib.