Şuşaya qaçmaq istəyən ermənilər saxlanıldı -

Avqustun 1-də Şuşa yaxınlığında, Azərbaycan sərhədi yaxınlığında, rus sülhməramlıları, Şuşanın keçmiş sakini 32 yaşlı İşura Balasnyanı və dörd uşağını sərhədi keçmək istəyərkən saxlayıblar.

Metbuat.az erməni KİV-nə istinadla xəbər verir ki, qadın yaşadığı yer olmadığından Şuşaya qayıtmaq istədiyini bildirsə də sərhədçilər onu geri qaytarıblar.

İzaura Balasanyan deyib ki, evim olmadığı üçün Şuşaya getdim amma ruslar şəhərə girməyimizə icazə vermədi. Ruslar mənə dedilər ki, girmə, ayıbdır, millətinə şərəf gətirməyəcəkcən. Daha sonra onlar, ermənilərin "milli təhlükəsizlik xidməti"nə zəng edərək "sizinkilərdən biri azərbaycanlılara təslim olmaq istəyir, gəlin aparın" deyiblər. Qadın qeyd edib ki, 44 günlük müharibədən sonra, Xankəndində yataqxananın birinci mərtəbəsindəki mənzildə məskunlaşıblar.

"O ev üçün 100 min dram ödəmişdim. Evin sahibi kirayəni qaldırıb 150 min drama çıxardıqdan sonra ayrılmaq qərarına gəldim. Müxtəlif orqanlara yaşayış yeri üçün müraciət etdim. Amma məni qəbul etmədilər və qərar verdim ki, yenidən Şuşaya qayıdım.

Məsələyə münasibət bildirən politoloq Zaur Məmmədov bildirdi ki, hazırda Xankəndi və ətraf rayonlarda kirayə qiymətləri ciddi şəkildə qalxıb. Yerli ermənilər 2 otaqlı evdə kirayə qalmaq üçün 400 manat civarında vəsait xərcləməlidirlər. Digər tərəfdən, separatçılar tərəfindən sosial ödənişlər də, dayandırılıb. Günbəgün daha çox erməni bölgəni tərk etmək və ya Azərbaycan vətəndaşlığı almağı düşünür.

Millət vəkili Sahib Əliyev isə düşünür ki, sülhməramlıların bu davranışları da göstərir ki, məqsədləri iki xalq arasında sülh yaratmaq deyil, "dīvide et īmpera"dır, yəni "1905-ci il"dəki üz-üzə qoymaq, "parçala və höküm" sür məntiqindən çıxış etməkdir.

"Onu da deyim ki, Qarabağdakı ermənilərdən, haylar yox, məhz ermənilərdən kimlərsə Balasanyan sayaq normal Azərbaycan vətəndaşı olaraq bu ölkədə yaşamaq yolunu seçsə, bu onlar üçün rüsvayçılıq deyil, şərəfdir. Rüsvayçılıq qərbdən və İrandan o boyda dəstək ala-ala indi Ermənistan adlanan yerdə 30 ildə dövlət qura bilməməkdir, sərhədlərini özgəsinin qorumasıdır, başqa bir dövlətdən tam vassal asılılığında olmaqdır. Bax, belə bir durum heç kimə şərəf gətirmir, o sıradan da ermənilərə".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR