Astarada şəhid ailələri ziyarət edilib -

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lənkəran rayonu Osakücə kənd məscidi dini icmasının təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin ailələrinin ziyarəti davam etdirilir.

Metbuat.az xəbər verir ki, layihə çərçivəsində Astara rayonu Alaşa kəndində şəhidlərimiz Nihad Əhmədov, Vüsal Nəhmətov və Telman Nəhmətovun ailəsi ilə görüş keçirilib. Qurani-Kərim və hədiyyələr təqdim edilib. Şəhid qardaşlarımızın ev muzeyləri və məzarları ziyarət edilərək ruhlarına dualar oxunub.

Keçirilən görüşlərdə Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmil Axundzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Elnur Ağayev, Astara rayonu Alaşa kənd məscidi dini icmasının sədri, şəhid atası Təyyar Nəhmətov və kənd məscidinin imamı Əbülfəz Nəhmətov iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR