21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gəlib.

“Kayne Zorgen Arena”da baş tutan qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə nəticələnib. Komandamız bu dəfə 6 cavabsız qola üzülüb.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.