Onkoloji xəstələr peyvənd vurdura bilər? -

Aktiv terapiya almayan xərçəng xəstələri koronavirusa qarşı peyvənd vurdura bilərlər.

Metbuat.az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Hikmət İsmayılov deyib. O bildirib ki, onkoloji xəstələrin peyvəndlənməsi mütləq lazımdır:

“Almaniyada bu xəstəlikdən əziyyət çəkənlər prioritet qrupa daxil edilib və ilk peyvəndlənən şəxslər olublar. Lakin bu, birmənali olaraq hər kəsə aid deyil. Çünki immun və kimyaterapiya alan şəxslər var. Bununla bağlı həkimlər, onkoloqlar qərar verməlidir. Əgər xəstələrimiz aktiv terapiya almırsa, birmənalı olaraq onları vaksinasiya prosesinə yönləndiririk. Lakin bir neçə istisna hallar da var. Məsələn, qan xərçəngi olanlar yüksək dozada kimyaterapiya alırlar. Bu terapiya nəticəsində sümük iliyi məhv olur. Belə insanlara kök hüceyrə nəql olunur. Ona görə də, bu prosesdən sonra 3-6 ay ərzində sözügedən şəxslərə peyvənd tövsiyə edilmir. Bu müddət bitdikdən sonra isə vaksin olunmaq olar”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR