Bakıda ev yandı, sahibi və gəlini xəsarət aldı

Bakının Xəzər rayonunda ümumi sahəsi 240 m² olan (hər mərtəbəsi 120 m²) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı ev sahibi yanıq xəsarəti, gəlini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR