Ər və arvadı iqlim dəyişikliyinə diqqət çəkmək üçün soyundu -

Arthur O Urso və Luana Kazaki bütün dünyada diqqəti cəlb edən bir sosial məsuliyyət layihəsinə imza atıblar.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "15 Sentyabr Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü"ndə iqlim dəyişikliyi və qlobal istiləşmə barəsində məlumatlandırmaq istəyən cütlük Braziliyada tamamilə çılpaq bir velosiped yürüşü edib. Bu anları sosial media hesablarında paylaşab cütlük izləyicilərini təəccübləndirməyi bacarıb.

"Marifləndirmək üçün əlimizdən gələni edirik".

Məlumatlandırma işlərindən danışan cütlük, “Planetin iqlim dəyişikliyindən danışmaq istədik. İnsanların diqqətini bu şəkildə cəlb edəcəyimizi düşünürük.

Cütlük bir neçə həftə əvvəl evlərində zibili geri qaytarmaq üçün yeni bir layihəyə başladıqlarını və əllərindən gələn hər şeyi təkrar istifadə etməyi öyrəndiklərini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR