Bu ölkədə 2-11 yaşlı uşaqların peyvənd olunmasına başlanıldı

Kubada yaşları 2-11 arası olan uşaqların koronavirus peyvəndi olunmasına başlanılıb.

Metbuat.az xəbər verir ki, bu qərar ibtidai sinif və məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqlara aiddir. Məlumata görə, bu qərar təqribən 2 milyona qədər uşağı əhatə edir.

Qeyd edək ki, hazırda Kubada təhsil distant formada aparılır. Lakin bu qərar peyvənd prosesindən sonra dəyişə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR