Mədəniyyət xadimləri Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.

Metbuat.az xəbər verir ki, bir sıra mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib.

Qeyd edək ki, hazırda qala divarlarında təmir işləri davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR