Tanınmış infeksionistdən HƏYƏCAN TƏBİLİ:

"Son həftələrdə Covid-19-un "Delta" variantına yoluxan cavan şəxslərin ağciyərlərində daha tez ağırlaşma müşahidə edilir".

Bu açıqlamanı Metbuat.az-a infeksionist Vüqar Cavadzadə bildirib. Onun sözlərinə görə, belə olan halda KT müayinəsində ağciyərlərin 70,80 hətta 90% zədələnməsi aşkar edilir.

"Bildiyimiz kimi hal-hazırda ölkəmizdə karonavirusun delta variantı yayılmaqda davam edir. "Delta" variantı cavanlar arasında daha çox ağciyərlərin geniş həcimli zədələnməsi ilə müşahidə edilir. Bu halda yüksək hərarət bir neçə gün davam edir, hətta xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmli zədələr müşahidə edilir. Əgər evdə müalicə düzgün təşkil edilərsə vəziyyətin bu həddə gəlib çatmasının qarşısını almaq olar".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR