Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi dərslik hazırlamaq və qiymətləndirmək istəyənlər üçün təlimlər keçirəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər Universiteti nazirliyin sifarişi ilə ümumtəhsil pilləsində fənn kurikulumlarına uyğun dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlimdə iştirak etmək istəyənlər üçün müraciətlərin qəbulunu elan edir.

Təlimlər ictimai-humanitar fənlər, təbiət-riyaziyyat fənləri, incəsənət və texnologiya fənləri üzrə dərsliklərin hazırlanması və qiymətləndirilməsi istiqamətində 10 gün müddətində keçiriləcək.

Təlimlərin oktyabr-noyabr aylarında təşkili nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az