Rusiya regionu ayağa qaldıran sazişə qarşı çıxdı -

Rusiyanın Təhlükəsizlik Şurasının Baş katibi Nikolay Patruşev ABŞ, Böyük Britaniya və Avtsraliya arasındakı əldə edilmiş yeni sazişdən danışıb.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, saziş əsasən Çini deyil, Rusiyanı hədəfə alır. O bildirib ki, bu saziş yeni hərbi blokun yaranması deməkdir və məqsəd Çin və Rusiyanı nəzarət altına almaqdır. Patruşev qarşıdakı günlərdə hərbi blokun tərəfdarlarının genişlənə biləcəyini istisna etməyib.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Avstraliya Hind okeanı ilə Sakit okeanı arasındakı geniş coğrafiyada təhlükəsizliyi qorumaq üçün 3-lü işbirliyi mexanizmi yaradacaqlarını bəyan ediblər.

Bildirilib ki, ABŞ və Böyük Britaniya sualtı qayıqlar üçün Avstraliyaya lazımi dəstəyi verəcək. ABŞ prezidenti Co Bayden bəyan edib ki, bu bölgənin sərbəst olmasına ehtiyac var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR