Rusiya sülhməramlılarından BÖYÜK ADDIM: Xəritələr dəyişdi -

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələr uzun müddət sonra müsbət sayıla biləcək cidi dəyişiklik ediblər. Belə ki, qondarma “DQR” və ya keçmiş “DQMV” sərhədlərini əks etdirən xəritəni (birinci şəkildəki çəhrayı xətlər) silərək, tamamilə Azərbaycan ərazisi kimi göstəriblər. Ancaq bəzi yerlərin adları olduğu kimi saxlanılıb, yəni Azərbaycan adları ilə verilməyib.

Metbuat.az-a bu barədə açıqlama verən siyasi şərhçi Elman Vəliyev deyir ki, qarşı tərəfi hiddətləndirmək üçün atılan bu addım o mənaya gəlir ki, delimitasiya zamanı bu ərazilər də Azərbaycan sərhədləri daxilində veriləcək.


"BMT Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan və Ermənistan XİN rəhbəri həmçinin ABŞ, Rusiya və Fransa(həmsədrlər) tərəflərinin təşəbbüsü ilə görüş keçiriblər. Bu görüşə kimi Rusiya tərəfi belə bir xəritə paylaşmamışdı. Həmçinin tərəflər problemi ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməsinin tərəfdarı olduqlarını bəyan etmişdilər. Düşünürəm ki, xəritədə "Stepanakert" adını Xankəndi ilə dəyişilməməsi isə burada ermənilərin də yaşayacağını bildirir. Çünki Ermənistan tərəfi hələ də qondarma respublika rejimini davam etdirirlər. Əgər Rusiya bu addımı atarsa, Ermənistan tərəfindən narazılıqla qarşılanacaq. Rusiya tərəfi prosesləri paralel aparır. Yəni nə Ermənistan tərəfinin, nə də Azərbaycan tərəfinin qəzəbinə səbəb olacaq addım atılmamasına səy göstərir. Qeyd edim ki, qondarma respublikanın statusu məsələsi elə ermənilər üçün dərd olaraq da qalacaq. Prezident İlham Əliyevin "Azərbaycan tərəfi ərazi bütövlüyünə qarşı hər hansısa təhdid görərsə, legitim özünümüdafiə hüquququndan tərəddüd etmədən istifadə edəcək" deməsi də aşkar mesaj idi. Yəni Ermənistan tərəfi ağıllı olsun, sülhə razılaşsın, əks təqdirdə nə olacağı bəllidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR