Su içmək kimi asan qətl

Su içmək kimi asan qətl
23:32 18 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

Prezidentin dediklərini bir də xatırlayaq: “Ermənistan faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə olaraq bu, formal bir məna daşıyır!”. Adi bir kriminal hadisə nümayiş etdirdi ki, İlham Əliyev fikirlərində nə qədər dəqiq və sərrastdır.
 
…Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının hərbçisinin bu şəhərin bir ailəsini güllələməsi əslində İrəvanın özünə qarşı apardığı anti-istiqlal siyasətin fəsadıdır. Ermənilər qəzəbləniblər, acıqlarından zəncir gəmirirlər, amma bu müstələmkə zənciri gəmirməklə qırmaq mümkün deyil. Erməniləri qəzəbləndirən bir erməni ailəsinin uşaqdan böyüyə gülləbaran edilməsi deyil, onların bir xalq, bir millət olaraq, Dostayevskinin sözləri ilə desək alçaldılması və təhqir olunmasıdır.
 
“Gümrüdə əvvəllər də Rusiya Federasiyasının hərbçiləri ilə bağlı insidentlər baş verirdi. İki il əvvəl hərbi-bazanın nəzdində olan poliqonda iki uşaq minaya düşərək ölmüşdü. 1999-cu ildə isə iki sərxoş rus əsgəri şəhərə çıxmış və qarşılarına çıxan hər kəsi güllələmişdi. Nəticədə 2 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdı”. Bunu erməni jurnalist Armen Süleymanyan Rusiyanın “Dojd” kanalında çıxış edərkən etiraf etdi və o da məlum oldu ki, Rusiya tərəfi hər iki hadisəni laqeyd yola verib. Nə bir başsağlığı, nə bir üzrxahlıq…

Yəni dediyimiz budur ki, erməni qabarması birdən birə baş vermədi. Onların bu gün qalxmağa haqqı var. Beləliklə, ermənilər növbəti dəfə alçaldılmalarına qeyzlənirlər. İndiyədək sadə erməni rusiya hərbi bazasının öz ölkəsinin ərazisində mövcudluğuna normal baxırdı. Hərbi bazadır da… Nə ziyanı var. Sabah Azərbaycan və Türkiyədən bir təhlükə qalxarsa, ermənilərin qahmar duranı olacaq. Azərbaycan şahinləri nümunəvi uçuşlar keçirəndə Ermənistan səmasında məhz Rusiya təyyarələri cavab uçuşları həyata keçirmişdilər…

Necə deyərlər, ilk baxışdan müttəfiqlik gücü kimi gözə dəyən bəzi əlamətlər bu gün yoxdur. Bu hadisə ermənilərə apaydın şəkildə başa saldı ki, Ermənistan bir dövlət kimi nə qədər müstəqil deyilmiş. Bu ölkənin ərazisində cinayət törədilir, cani qaçır, onu başqa ölkənin əsgərləri tutur, həmin başqa ölkənin başqa əsgərlərinə təhvil verir. Adama deyərlər: tutaydınız da, əlinizi, ayağınızı bağlayan var idi…

Deməli var idi… Bu gün erməni qüruru tapdanıb. Onu ağrıdan milli xəcalət hissidir. Əslində, Gümrüdə prokurorluğun qarşısına yığılıb etiraz edənləri anlamaq çətindir, çünki cani prokurorluqda deyil. Və bunu hamı yaxşı bilir. Qəzəblə çıxış edənlərdən, tələblər, şərtlər irəli sürənlərdən tutmuş Sarkisyana qədər hamı. Amma burada izdiham kükrəyir, prokurorluqdan nələrsə tələb edirlər, nələrsə deyirlər və bir daha təkrar edirəm bilə-bilə ki, prokurorluq həmin ünvan deyil. Deməli, burda camaat sadəcə buxarını, parını çıxarır.

Polis camaatı Rusiyanın Gümrüdəki konsulluğunun qabağına yığışmağa qoymadı, prokurorluğa tərəf yönəltdi… Deməli istəsəydilər prokurorluğun qabağından da qovardılar. Amma qovmadılar, zorlanmış birisinin ağrısını ağlaya-ağlaya çıxarmasına mane olmadılar.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/50481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR